O VAXTDAN ÇOX SULAR AXIB
OCAĞA ODUN ATMAQ
OBASTAN VİKİ
Oba
Oba — XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xususi qurum (birlik) və həm də oturaq əhalinin muvəqqəti yaşayış məskəni olmuş, tədriclə daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. == Ümumi məlumat == Azərbaycanın ayrı-ayrı bolgələrində movcud olmuş belə obalar kəndə cevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Kəndoba (Ağsu rayonu), Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Oba heyvandarlıq təsərrufatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlmişdi. Daimi yaşayış məskənindən-kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir necə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar xırda vahidlərə-dəngələrə bolunur, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild Bakı,2007, səh.24-25.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb.Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. == Həyatı == 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib. Evlənməsinə baxmayaraq nisbətən müstəqil həyat keçirib və 1959-cu ildə təhsil almaq üçün ABŞ-yə köçərək Viskonsin Universitetinə, daha sonra Vaşinqton Universitetinə daxil olub.
OBA Market
"OBA Market" MMC — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1200-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə "gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir".2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf saylarının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. 2023-ci il 11 Mart tarixində "OBA" market 7 yaşını qeyd etmişdir. == Market sayı == OBA Market MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1100-dən çox marketə malik olan market şəbəkəsidir.
Oba (dəqiqləşdirmə)
Oba
Oba (İğdır)
Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir: 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.
Tsuqumi Oba
Tsuqumi Oba (yap. 大場 つぐみ Ōba Tsugumi) — yapon manqaka. Əsasən digər müəlliflərlə birgə işlərin üzərində işləyir. O, ən çox 2003 və 2006 illərin arasında çıxan, Takeşi Obata tərəfindən çizilən, Death Note manqa serialın müəllifi kimi bilinir. == Layihələri == Death Note - Takeşi Obata ilə (2003–2006) Bakuman - Takeşi Obata ilə (2008–2012) Skip! Yamada-kun - Robiko ilə (2014) == Mükafatları və nəmizədləri == 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Biz (roman)
Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. == Məzmun == Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. "İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Sarıbulaq oba yeri
Sarıbulaq oba yeri — Şərur rayonunda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində ev və küz xarabalıqları, nisbətən yaxşı qorunub saxlanmış 6 ədəd təndir qalığı, saxsı qab (xüsusilə nehrə) qırıqları və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. IX–XIX əsrlərə aid edilən oba yerinin yay mövsümündə Şərurun maldar tayfalarının və Araz boyu əhalinin istirahət və yaylaq yeri olduğu ehtimal edilir.
Biz adi ayılarıq
Biz adi ayılarıq (ing. We Bare Bears) — Cartoon Network Telekanalında yayımlanan ABŞ cizgi serialıdır. Cizgi serialın müəllifi Deniyl Çonqdur. Cizgi serialda üç qardaş ayı — Qrizli, Panda və Ağ haqqında bəhs edilir. Onlar cəmiyyətə qoşularaq dost qazanmağa çalışırlar. Cizgi serial "The Three Bare Bears" adlanan komiks əsasında yaradılmışdır. Premyera 27 iyul 2015-ci il tarixində baş tutmuşdur. 2015-ci ilin avqust ayında Cartoon Network cizgi serialın 2-ci mövsümünün istehsal edilməsinə icazə verdi. Bu serial Cartoon Networkda yayımlanan, komiks, əsasında, hazırlanmış, ilk, serialdır. == Məzmun == Üç qardaş olan ayılar Qrizli(Grizz), Panda(Pan-Man) və Ağ (Ice Bear) insanlar arasında məşhurlaşmaq istəyirlər.
Biz iqtisadçılarıq (film, 1967)
Biz iqtisadçılarıq qısametrajlı sənədli televiziya filmi rejissorlar Rasim İsmayılov və Z. Savaneli tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır. == Məzmun == Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır.
Biz poliqrafçılarıq (film, 1969)
Biz poliqrafçılarıq qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. == Məzmun == Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. Filmin çəkilişləri məktəbdə, linotipçilərin emalatxanalarında, məktəbin məzunlarının işlədikləri "Qırmızı Oktyabr", "Azərnəşr" poliqrafiya birliklərində, "Kommunist" nəşriyyatında aparılmışdır. == Mükafat == 1971-ci ildə Bakıda "Xalq Təsərrüfatında Qənaət Uğrunda" istehsalat-texniki mövzuda Respublika həvəskar filmlərinə baxış tədbirində film Azərbaycan Kinematoqrafçılarının, AHİŞ və Azərbaycan Respublikası LKGİ MK-nın III dərəcəli diplomunu və mükafatını almışdır.
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir. == Məzmun == Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, fikrini dəyişir və Hərbi Akademiyaya oxumağa gedir.
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi.Heykəltəraşı Sarkis Baqdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır. Abidənin tikilişi üçün Xankəndidəki akasiya meşəsi qırılıb.
Biz şinçilərik (film, 1992)
Biz şinçilərik qısametrajlı sənədli filmi rejissor Nemət Rzayev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolentdə Bakı Şin Zavodu işçilərinin çətin əməyindən danışılır. == Məzmun == Kinolentdə Bakı Şin Zavodu işçilərinin çətin əməyindən danışılır.
Biz şmidçilərik (film, 1972)
Biz şmidçilərik qısametrajlı sənədli filmi rejissor Nina Mustafayeva tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir. == Məzmun == Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir.Zavodun 4 min fəhləsi arasından müxtəlif yaşlı nümayəndələr seçilmiş, onların əməyindən, dünyagörüşlərindən, gənc və yaşlı nəslin qarşılıqlı əlaqələrindən bəhs olunmuşdur.Zavodun yaşlı və gənc, lap yeniyetmə nəsillərini daha qabarıq əks etdirmək üçün film 4 hissəyə-novellaya bölünmüşdür: "Kommunistlər", "Gənclər", "Yeniyetmələr" və "Kommunist əməyi". == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Biz çempionuq (teleserial, 2020)
Biz çempionuq (ing. We Are the Champions) — ABŞ teleserialı. Serialda unikal müsabiqələr və bu müsabiqələrdə iştirak edən yarışçılardan bəhs olunur. Serialın təqdimatçısı Reinn Uilson == İstinadlar == == Xarici keçidlər == Biz çempionuq Netflix-də Biz çempionuq — Internet Movie Database saytında.
Beləliklə, biz başlayırıq (film, 1976)
Beləliklə, biz başlayırıq qısametrajlı sənədli filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni proqramla dərs keçən I sinif şagirdlərindən, tədris və tərbiyə prosesində qarşıya çıxan bəzi problemlərdən danışılır. == Məzmun == Filmdə yeni proqramla dərs keçən I sinif şagirdlərindən, tədris və tərbiyə prosesində qarşıya çıxan bəzi problemlərdən danışılır. Şagirdlər səylə misal və məsələləri həll edirlər. Ən başlıcası isə uşaqlar təkcə düzgün və tez hesablamanı öyrənmir, eyni zamanda düşünür, təhlil edir və sübut edirlər.Film valideynləri, pedaqoqları və şagirdləri ekran vasitəsilə dialoqa çağırır.
Biz gələcəyin dərziləriyik (film, 1970)
Biz gələcəyin dərziləriyik qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. == Məzmun == Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. Filmdə məktəbin kabinetləri, emalatxanaları göstərilir, şagirdlərin Əli Bayramov və Volodarski adına fabriklərdə bu peşəyə necə yiyələnmələri barədə danışılır. == Festival və mükafat == 1970-ci ildə Bakıda V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının 50 illiyinə həsr olunmuş VII Respublika həvəskarlar filmləri festivalıbda film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın diplomunu almışdır.
Və sonra biz rəqs etdik
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar. Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir. Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur. Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir. == Xülasə == Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.
Biz Bakını müdafiə edirik (film, 1942)
Biz Bakını müdafiə edirik qısametrajlı sənədli filmi rejissorlar Qriqori Braginski və Niyazi Bədəlov tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. == Məzmun == Xüsusi buraxılışdır. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. Burada Bakı ətrafında vurulub yerə salınmış iki alman təyyarəsinin indiki Nizami meydanında nümayiş etdirilməsi də öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Biz arzu edənlər nəslindənik (film, 1965)
Biz arzu edənlər nəslindənik qısametrajlı sənədli televiziya filmi rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır. == Məzmun == Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır.
Biz birlikdə qalib gələcəyik (film, 2011)
Biz birlikdə qalib gələcəyik qısametrajlı sənədli filmi rejissor Yefim Abramov tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub. == Məzmun == Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub.
веди́зм газа́ция ковбо́йски нащёлкивать окра́с подмета́ть развереди́ть себялю́бие те́хно апплика́та бюстга́льтер поставля́ться ско́бель мачеха человечек brood color-key dynamic scattering pocketable sheikh speedometer tree-line unmarked водоспуск секция